Transfer çalışmalarına indidən start verən "Xəzər Lənkəran" Kiyev "Dinamo"sundan bir futbolçu heyətinə qatmağı planlaşdırır.
Newsport.az-ın məlumatına görə, Cənub komandasının Kiyev təmsilçisindən heyətinə qatmağı planlaşdırdığı oyunçu Andrey Saxneviçdi.
1989-cu il təvəllüdlü hücumameyilli cinah müdafiəçisi hazırda "Dinamo"non əvəzedici komandasında çıxış edir. O, aprelin sabah və ya birigün Lənkərana gələrək, komandanın məşqlərində iştirak edəcək. Bəyəniləcəyi halda onunla müqavilə bağlanılacaq.
Qeyd edək ki, 1.83 boya malik Saxneviç 2005-2009-cu illər aralığında Ukraynanın U-17, U-19, U-21 millilərininin də şərəfini qoruyub. O, 2013-2014-cu illərdə Zaporoji "Metallurq"unda forma geyinib. 40 oyunda iştirak edib, 1 qol vurub.
İdmanxeber.com
