AFFA-dan azarkeşləri təhqir edən futbolçuya ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 23-cü tur oyunları ilə bağlı cəzalar açıqlanıb.

“Şahdağ” – “Şuşa-Qarabağ” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunu. Həmin oyunun 79-cu dəqiqəsində “Şuşa Qarabağ”ın futbolçusu Khirstopher Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində qonaq komandanın futbolçusu Emin Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna 20 manat məbləğində cərimə kəsilib.

“Şəmkir” – “Rəvan” matçında hər iki komandadan 5 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün hər kluba 100 manat cərimə kəsilib. Oyunun 76-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Aslan Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.  Oyunun 81-ci dəqiqəsində “Rəvan”ın qapıçısı Aydın Bayramov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubuna isə 200 manat cərimə kəsilib.

“Bakılı” – “Göyəzən” matçının 78-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Rasim Daşdəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu is 400 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right