Hazırda davam edən "Neftçi" - "İnter" matçında ilk hissə başa çatıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanı idarə edən İnqilab Məmmədov isə verdiyi qərarlarla diqqət mərkəzinə düşüb.
Belə ki, Məmmədov bir epizodda "İnter"in haqlı penaltisini verməyib.
Bundan sonra qarşılaşmanın 20-ci dəqiqəsində "bankirlər"in qapıçısı Səlahət Ağayevə baş hakim İnqilab Məmmədova etiraz edib və onu itələyib. Hakim isə bu vəziyyətdə qolkiperə qırmızı vərəqə göstərmək əvəzinə sarı vərəqə verib.