Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib.
Newsport.az-ıın məlumatına görə, İtaliyalı mütəxəssis bununla bağlı özünün feysbuk səhifəsində üzərində "Qurban Bayramınız Mübarək" sözləri yazılmış foto paylaşıb.
Canni De Byazinin AFFA ilə müqaviləsinin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
