"Rəvan"ın sahibinə ağır zərbə - “Nurgün Group”un satış mərkəzlərin bağladılar

Vergilər Nazirliyi “Nurgün Group”un Babək prospektində yerləşən satış mərkəzlərini bağlayıb.

Newsport.az-ın məlumatına görə, şirkətə məxsus “İnfiniti”, “Renault”, “Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar 3 gündür ki, möhürlənib. Səbəb kimi “Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilir

Məsələ ilə bağlı şirkətin “Nurgün Motors”un marketinq şöbəsindən bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqətini dayandırıb: “Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.

Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salaonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib. Onu da bildirək ki, çəkilən salonlarda hər-hansı təmir- bərpa işlərinin aprıldığını müşahidə edilməyib. Sadəcə, salonların qapıları bağlı olub və nəinki, işçilər, heç mühafizçilər də gözə dəyməyib.

 

Qeyd edək ki, “Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. “Nurgun Group” “Nissan”, “Ford”, “Renault” və “İnfiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Şirkətin sahibi Nuru Əliyev həm də 1-ci Dvizionda mübarizə aparan “Rəvan” klubuna himayədralıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right