"Mənə inanacaqsız, yoxsa UEFA-ya? Mənim və komandamın başı uca, vicdanımız təmizdir".
Newsport.az-ın məlumatına görə, bu sözləri bu gün ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" - "Simurq" matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov əməkdaşımızın şübhəli oyunla bağlı sualına belə cavab verib. Çalışdırıcı Azərbaycan Premyer Liqasının 28-cu turu çərçivəsində "Bakı" ilə keçirdikləri oyunun nəticəsinin (1:1) UEFA tərəfindən şübhəli qəbul edilməsini doğru saymır: "Futbolda belə nəticələr olur. Ona görə də şübhələri boş vermək lazımdır".