"Səfərdə oynayan komanda üçün çox önəmlidir ki, ilk matçda qol vursun. Bizim bu cür imkanlarımız oldu, amma yararlana bilmədik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"yə 0:2 hesablı məğlubiyyətə münasibət bildirən gürcü mütəxəssis bunları deyib:
"Neftçi" şansından maksimum istifadə etdi, qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalı və mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq".