Georgi Çixradze: "İkinci oyunu düşünməliyik"

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Simurq" səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, Zaqatala klubunun baş məşqçisi Georgi Çixradze məğlub olduqları matç haqda fikirlərini açıqlayıb:

"Səfər oyununda qol vurmalı idik. Qol buraxmamaq bizim üçün lazım idi. Amma ilk hissədə rəqib bizi əks hücumda yaxaladı və qol vurdu. Daha sonra bizim şansımız olsa da, yararlana bilmədik. İkinci oyunu düşünməliyik. Hesab edirəm ki, cavab oyununda rəqibə daha güclü təzyiq etməliyik. Heyətdə müəyyən dəyişikliklər olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right