"Düşünürəm ki, əsl kubok oyunu izlədiniz. Hər iki komanda nəticəyə oynayırdı. Qələbə məni və futbolçuları aldatmamalıdır".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis ölkə kubokunun yarımfinal mərhələsində "Simurq" üzərində 1:0 hesablı qələbəni şərh edib:
"Qarşıda çətin cavab oyunu var. Bu gün futbolçularımın hər birindən razı qaldım. Oyunçularla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm. Qrafik sıxdır. Çətin səfər oyunlarımız var. Oyunçularım xarakter nümayiş etdirməlidirlər".