"Neftçi"də yeni təyinatlar gerçəkləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bundan sonra Dmitri Kramarenko və Vəli Qasımov "Neftçi"də işləməyə başlayacaqlar.
Dima komandada qapıçı məşqçisi, Qasımov isə idman direktoru vəzifəsini yerinə yetirəcək.