Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 43 yaşı tamam olur. Newsport.az təcrübəli mütəxəssisin ad günü ilə bağlı müsahibəsini təqdim edir:
- Öncə sizi ad gününüz münasibətilə təbrik edirik...
- Çox sağ olun. Minnətdaram.
- Maraqlıdı, ilk təbriki kimdən aldınız?
- Jurnalistdən. Həmkarlarınızdan biri mesaj vasitəsilə təbrikini çatdırdı. Amma adını deməyəcəm (gülür).
- Ad gününü qeyd etməklə aranız necədi?
- Heç vaxt canfəşanlıq göstərməmişəm. Ad günümü adi qaydada, ailəmlə birgə qeyd etmişəm. Bu dəfə də elə olacaq.
- Yəqin ki, ad günü mərasimini “Simurq”la oyundan sonraya saxlamısız...
- İndi bütün diqqətimi oyuna yönəltmişəm. İnşallah, qalib gələrik və bu mənim üçün yaxşı hədiyyə olar. Matçdan sonra evə gedib, ad günümü yaxınlarımla birliklə qeyd edəcəm.
- Ad günü qeyd etmək məsələsinə bu cür yanaşmağınız nə ilə bağlıdı?
- İndi o qədər də marağım yoxdu. Amma əvvəllər, daha çox gənclik illərimdə marağım böyük idi. İndi işimlə, proqramımla əlaqədar, həvəs azalıb.
- Yavaş-yavaş yaş artır. Qocalmaqdan qorxmursuz?
- (Gülür). Bəlkə də, ad günümü təmtəraqlı keçirməməyimdə bu məqam da rol oynayır. Bir tərəfdən xoşdu ki, ad günümdü. Ancaq digər tərəfdən deyirəm ki, nə tez 43 yaşım oldu?
- Hədiyyə qəbul etməklə aranız necədi?
- Hədiyyəni təkcə ad günlərində yox, həmişə almağı xoşlayıram. Hədiyyənin böyüyü-kiçiyi olmaz. Əgər biri nəsə alıb gətirirsə, bu, onun sənə verdiyi dəyəri göstərir. Hədiyyələr arasında fərq qoymuram, hamısı mənim üçün əzizdi.
- İşinizlə əlaqədar ad günlərinizi yəqin ki, daha çox ailədən kənarda keçirmisiz...
- Bəli, elədi. Ailəmlə birliklə ad günümü az qeyd etmişəm. Tez-tez xarici ölkələrdə olduğumuzdan, vaxtilə legioner həyatı yaşadığımdan, daha çox ailəmdən kənarda keçirməli olmuşam.
- Fiziki olaraq yaşlandığınızı anladıq. Bəs qəlbən özünüzü necə hiss edirsiz?
- Dildə deyə bilərəm ki, cavanam. Amma yaşa dolmağım hiss olunur. Həm fiziki olaraq, həm də qəlbən yaşlanıram. Hamı illər keçdikcə böyüyür, təcrübəsi artır, yaşa dolur. Mən də elə.
- Həyatınızın bu vaxta qədərki qismini istədiyiniz kimi yaşaya bilmisizmi?
- Bəlkə də, istədiyimdən, layiq olduğumdan yaxşı yaşamışam. Həyatımdan narazı deyiləm.
- Geriyə boylananda nələri dəyişmək istərdiniz?
- Elə şey düşünmək düz deyil. İrəli baxmaq, vaxtilə etdiyin səhvləri təkrarlamamaq lazımdı. Bəlkə də, əvvəllər nələrisə dəyişmək istərdim. Amma indi elə düşünmürəm. Həyatda baş verənlər daim təkrarlanır.
- Qurban Qurbanov həyatında nələri qurban verib?
- Düşünmürəm ki, nəyisə qurban vermişəm. Həmişə işimlə məşğul olmuşam, üzərimdə məsuliyyət hiss etmişəm.
- 43 il ərzində xasiyyətinizdə, dünyaya baxışınızda dəyişən və dəyişməyən məqamlar hansılardı?
- Dəyişən məqamlar... Onları açıqlamağım düz çıxmaz. Həm dünyagörüşündə, həm dostluqda, həm də digər amillərdə çox dəyişiklik olub. Dəyişməyənləri isə deyə bilmərə
apasport.az