Millimizin yeni baş məşqçisi müəyyənləşdi

U-19 millimizin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə,AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsini Nazim Süleymanova həvalə edib.

 
Qeyd edək ki, bundan əvvəl U-19 millisini Nikolay Adam çalışdırıb.

Xatırladaq ki, Nazim Süleymanovun məşqçi kimi son iş yeri "Neftçi" olub. O, bu klubda bir neçə ay baş məşqçi işlədikdən sonra, 2013-cü ildə vəzifəsindən istefa vermişdi.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right