Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, finala çıxmqa uğrunda dörd komanda mübarizəyə başlayacaq.
İlk görüşdə “Qarabağ” “Simurq”u qəbul edəcək. “İnter Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Digər yarımfinal görüşündə isə paytaxt klubları üz-üzə gələcək. “İnter” səfərdə “Neftçi”nin qonağı olacaq. Bu matçın start fiti saat 19:00-da veriləcək.
13 aprel
Azərbaycan kuboku, yarımfinalın ilk oyunları
19:00. “Neftçi” – “İnter” - 2:0 (İkinci hissə)
QolLAR: Nikolas Kanales, 18 (1:0), 70 (2:0)
Bakı. “Bakcell Arena”.
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
18:00. “Qarabağ” – “Simurq” - 1:0
Qol: Cavid Tağıyev, 15 (1:0)
Bakı. “İnter Arena”.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov