"Qarabağ"ın Kevin Medinanın transferi üçün Portuqaliyanın "Şaviş" klubuna ödədiyi təzminat məlum olub.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün 200 min avrosundan keçib.
Kolumbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 81 nömrəli formada mübarizə aparacaq.