Növbəti mövsümdə I Divizion iştirakçılarının sayı yenə azalıb.
Newsport.az-ın məlumatına görə, «Zirə-2» fəaliyyətini dayandırıb
Qəsəbə təmsilçiinin əvəzediciləri üzümüzə gələn çempionatda çıxış etməyəcək ki, bunun da səbəbləri müxtəlifdir. Əvəzedici heyətin bir neçə futbolçusu əsas komandaya cəlb olunub. Digərləri isə Gənclər Liqasında mübarizə aparacaq U-19-a göndərilib.
«Qartallar»ın bu addımı atması həm də I Divizionda oyun «alver»inin kütləvi hal almasıyla əlaqədardır. Ötən mövsüm baş verənlər hələ yaddan çıxmayıb.
AFFA «Ağsu»nu qış fasiləsində çempionatdan uzaqlaşdırdı. Bundan başqa, mili assosiasiya müxtəlif komandaların təqribən 50-yə yaxın şəxsini – futbolçu, məşqçi, funksioner, klub əməkdaşını ömürlük futboldan kənarlaşdırdı.
«Zirə»nin bu qərarından sonra I Divizion nümayəndələrinin sayı 12-yə enib. Bundan əvvəl «Qəbələ" də ikinci komandasını son 2 ildə aşağı dəstəyə buraxmayıb.
sportinfo.az