“Sabah” da Qəbələyə getdi

“Sabah” təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.

Newsport.az-ın məlumatına görə, komanda Premyer Liqaya bu şəhərdə hazılaşacaq. İyunun 21-də paytaxt təmsilçisinin yeni baş məşqçisi Visente Qomes Azərbaycanda olacaq və komandaya qoşulacaq.

Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar da Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.

"Qəbələ" komandası isə iyulun 20-də doğma meydanda hazırlığa start verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right