"Qarabağ" komandasının yeni kapitanı bəlli oldu

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" komandasının yeni kapitanı müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Maksim Medvedev Ağdam təmsilçisinin kapitanı olub. 

Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib. 

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir. O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right