Belçikalı futbolçu rəsmən “Neftçi”də

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, ötən gün Yusuf Lavalla müqavilə bağlayan paytaxt klubu bu gün də Sabir Buqrini heyətinə qatıb.
 
Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
 
24 yaşlı futbolçu yeni komandasının heyətində 29 nömrəli formanı geyinəcək.
 
Sabir Buqrin Belçikanın "Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın "Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun "Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right