“Media Komitəsinin yaradılması gündəmdədir”-Elxan Məmmədov

“Media Komitəsinin yaradılması gündəmdədir”.

Bunu Newsport.az saytına müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib AVRO-2020-nin startına kimi idman mətbuatının inkişaf etməli olduğunu vurğulayıb: “AFFA-nın təşəbbüsü ilə son 6 ayda 2 komitə yaratmışıq. Əminliklə deyə bilərəm ki, bunun faydasını görürük. Media Komitəsinin yaradılması vacibdi. Bu qurum 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində olmalıdı. İdman mediası növbəti illərdə inkişaf etməlidir ki, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilsin”. Elxan Məmmədov vurğulayıb ki, hazırda qurumun hansı formatda fəaliyyət göstərəcəyi barədə düşünürlər: “Strukturu düşünürük. 2 dəfə AFFA-nın nəzdində bununla bağlı öz aramızda iclas keçirmişik, danışıb, söhbət etmişik. Amma konkret yekun nəticə əldə olunmayıb. Beynəlxalq təcrübədən yararlanmağımız da mütləqdi. Bu komitə mətbuatın inkişafına da təkan ola bilər. Media Komitəsini mütləq yaradacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right