«Zirə» yeni mövsümün ilk legioner transferini reallaşdırıb.
Newsport.az-ın məlumatına görə, qəsəbə klubu Klesio Baukla münasibətlərini rəsmiləşdirib.
Ötən mövsümü «Qəbələ»də keçirən mozambikli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Əyalət komandasında sərgilədiyi oyunla diqqət mərkəzinə düşən Klesionun yaxınlarda «Neftçi»dən gələn dəvəti geri çevirməsini xatırladaq.
O, «Zirə»də «Qəbələ»dəki qədər qazanacaq – ayda 10 min dollar.