"Qarabağ"da ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu yarımmüadfiəçisi Miçeli yola salıb. Məlumatı klubun mətbuat xidməti yayıb.
34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2015-ci ildən Ağdam klubunun formasını geyinən ispaniyalı bu müddətdə 155 matça çxıb, 25 qol vurub.