“Sumqayıt”ın prezidenti Riad Rəfiyev orduda xidmət etmək istəyir.
Newsport.az-ın məlumatına görə, o, dövlət başçısının çağırışına qoşulub.
Premyer Liqa təmsilçisinin rəhbəri Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıb. O, bununla bağlı sosial şəbəkə hesabında çağırış paylaşımı edib:
“Qardaşlar! Təşkilat səfərbərlik idarəsinə müraciət etmək istəyənlər! Hərbi çağırış məntəqəsinə getməmişdən öncə bu linkə daxil olub, qeydiyyatdan keçə bilərsiz.
Mümkün qədər paylaşın ki, vətəndaşlarımız qoşulsun Mənim müraciətim də artıq qəbul olundu“.
