“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə müqaviləni uzadıb.
Newsport.az klubun saytına istinadla xəbər verir ki, 39 yaşlı mütəxəssisin yeni sözləşməsi 2020/2021 mövsümün sonuna kimi nəzərdə tutulub. Hacıyev 2018-ci ildən paytaxt təmsilçisini çalışdırır.
Komanda onun rəhbərliyi ilə 2018/2019 mövsümündə Premyer Liqada 3-cü yeri tutaraq Avropa Liqasında çıxış edib. "Səbail" koronavirus pandemiyasına görə vaxtından əvvəl yükunladırılan son mövsümü 7-ci yerdə başa vurub.