"Neftçi" yeni transferin müqavilə şərtlərini açıqladı

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

Newsport.az klubun saytına istinadla xəbər verir ki, nigeriyalı futbolçu Yusuf Laval ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 22 yaşlı cinah yarımmüdafiəçisi komandanın heyətində 24 nömrəli formanı geyinəcək. İlk klubu "Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində Belçikanın "Lokeren” klubunun heyətində 22 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right