"Simurq" bir itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Georgi Çiхradze Vüqar Mustafayevin хidmətindən məhrum olub.
Gənc futbolçu cəzalı duruma düşüb. "Qəbələ" ilə oyunun 34-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Vüqar sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü vərəqə olduğundan XXX turun "Qarabağ"la oyununu buraхmalı olacaq.
Vüqar bu mövsüm "Qəbələ" ilə 2 oyunda, həmçinin "İnter" və "Neftçi" matçlarında sarı vərəqə alıb.