İki oyun canlı yayımlanacaq

Ölkə Kubokunun yarımfinal və Topaz Premyer Liqasının XXX turunun iki oyunu canlı yayımlanacaq. 

Newsport.az-ın məlumatına görə, hər iki matçı "İdman Azərbaycan" kanalı efirə verəcək.

Kanal aprelin 13-də Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş tutacaq "Neftçi" - "İnter" oyununu azarkeşlərə təqdim edəcək. Matç saat 19.00-da başlayacaq. "İdman Azərbaycan" Premyer Liqanın XXX turunun "Neftçi" - "Qəbələ" oyununu canlı yayımlayacaq. Aprelin 17-də keçiriləcək matçın start fiti saat 20.00-da çalınacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right