Premyer Liqanın 29-cu turunda "Neftçi" ilə 2:2 hesablı heç-heçə edən "Xəzər Lənkəran" iki itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Elbrus Məmmədov Rahid Əmirquliyevlə Elşən Rzazadənin хidmətindən məhrum olub. Hər iki futbolçu cəzalı duruma düşüb. Elşən "Neftçi" ilə oyunun 78-ci, Rahid 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.
"Xəzər Lənkəran" 30-cu turda istirahət edəcəyindən onlar cəzalarını 31-ciI turun "Qəbələ" ilə oyununda çəkəcəklər.