Aprelin 13-də "İnter" Azərbaycan Kubokunun 1/2 mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, "bankirlər" "Bakcell Arena"da baş tutacaq oyunun hazırlıqlarını bu gün də davam etdirib.
Oyun saat 19.00-da keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə aprelin 21-də baş tutacaq.