"Böyük oyun"un fasiləsində mükafatlandırma FOTO

Premyer Liqasının XXIX turunda bu gün “Xəzər Lənkəran” Mərkəzi stadionunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununun fasiləsində 2 yeniyetmə futbolçu AFFA tərəfindən mükafatlandırılıb.

Newsport.az-ın məlumatına görə, Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən Atena U-12 Liqa və Coca-Cola U-13 Liqanın 2013/2014-cü il mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb. M.Nərimanoğlu hər iki futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib.
 
Musa Musazadə ötən mövsüm Atena U-12 Liqada 41, Tural Bayramov isə Coca-Cola U-13 Liqada 52 qol vurub. Hər iki futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right