Alfred Sanko: "Necə olur axı..."

"Xəzər Lənkəran"ın futbolçusu Alfred Sanko"Neftçi" ilə 2:2 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.

Sanko Newsport.az-a açıqlamasında hakimlik haqda da danışıb:

"Mən baş hakimin verdiyi qərarları heç cür başa düşə bilmədim. Necə olur axı biz qaydanı pozanda həmin an xəbərdarlıq etmədən sarı vərəqə verir, rəqibin futbolçularına isə ancaq xəbərdarlıq edirdi. Düzdü, ilk sarı vərəqədən sonra aqressiv oynadım və haqlı olaraq ikinci sarı vərəqəni aldım. Ancaq birinci sarı vərəqə ədalətli deyildi. Məncə hakim oyunu düzgün idarə etmədi. Buna rəğmən nəticədən razıyıq. Sona kimi mübarizə aparıb, gücümüzü göstərə bildik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right