SON DƏQİQƏ: "Böyük Oyun" öncəsi Lənkəranda güclü nəzarət

Azərbaycan Premyer Liqasının 29-cu turunda Lənkəranda oynanılacaq "Xəzər Lənkəran" -  "Neftçi" görüşü öncəsi cənub təmsilçisi nəzarəti artırıb.
Hal- hazırda matçı işiqlandırmaq üçün Lənkərana yollanan media nümayəndələrinin avtobusu Masallı yolunda saxlanılaraq jurnalistlərin hər biri ayrı- ayrılıqda polislər tərəfindən yoxlanılır.
Lənkəran təmsilçisi matça "Neftçi" azarkeşlərinin daxil ola bilməməsi üçün nəzarəti gücləndirib.
Qeyd edək ki, bu gün baş tutacaq "Böyük Oyun"a "Neftçi" azarkeşlərinin girişinə qadağa qoyulub.
İdmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right