Millimiz FİFA reytinqində 24 pillə irəlilədi

Millimiz yeni siyahıda  264 xalla 115-ci pillədə qərarlaşıb. Bu isə yığmamızın sonuncu nəticəsi ilə müqayisədə 24 pillə irəliləməsi deməkdir.
Millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində "H" qrupundakı rəqiblərindən İtaliya 13-cü (1085 xal), Xorvatiya 17-ci (977), Bolqarıstan 67-ci (505), Norveç 70-ci (491) Malta isə 158 xalla 149-cu olub.
İlk onluq isə belə qərarlaşıb:

Almaniya (1687), Argentina (1490), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1354), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right