AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlandı

AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, tədbir aprelin 15-də Bakıdakı otellərdən birində təşkil olunacaq.
Hələlik toplantının məkanı və başlama saatı dəqiqləşməyib. Amma iclas barədə Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klublara bildiriş göndərilib. Gündəliyə isə teleyayım, futbolçuların klublarla müqavilələri və digər məsələlər salınıb.

Qeyd edək ki, bu, Klublar Komitəsinin sayca 5-ci iclası olacaq. Komitə üzvləri sonuncu dəfə fevralın 13-də bir araya gəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right