Ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ" - "Simurq" oyunu "Bakcell Arena"da keçirilməyəcək.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu rəqibini "İnter Arena"da qəbul edəcək.
Buna səbəb həmin gün, yəni aprelin 13-də kubokun yarımfinal mərhələsinin digər görüşü - "Neftçi" - "İnter" matçının "Bakcell Arena"da keçirilməsidi.