Azərbaycan Premyer Liqasının 29-cu turunda "Qəbələ"nin qonağı olacaq “Simurq” Zaqatalada hazırlıqlarını tamamlayıb.
Newsport.az-ın məlumatına görə, bu gün növbəti məşqinə çıxan "Simurq", iki saatdan artıq çalışmaları davam etdirib.
Tam heyətlə hazırlıqları davam etdirən Georgi Çixradzenin yetirmələri sabah qarşılaşmanın keçiriləcəyi meydançada son tapşırıqları yerinə yetirəcək. Bundan sonra komanda üzvləri istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu saat 19:00-da start götürəcək.