Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, qarşılaşma Oslo şəhərindəki "Ullevaal" stadionunda keçiriləcək.
Oyun iyunun 12-də, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.