"Neftçi" azarkeşlərə səslənib.
Newsport.az-ın məlumatına görə, paytaxt klubu rəsmi "facebook" səhifəsi vasitəsilə fanatları aprelin 13-də "İnter"ləölkə kubokunun yarımfinal oyununa dəvət edib:
"Əziz azarkeşlər, hamımızın sevimlisi, "bakılı oğlan" Bəhram Bağırzadə sizi 13.04.2015-ci il tarixində "Bakcell Arena"da keçiriləcək "Neftçi" və "İnter" oyununa dəvət edir. Bu matçda əldə olunacaq uğurlu hesab bizi finala bir addım da yaxınlaşdıracaq. Odur ki, bu vacib qarşılaşmada komandamızı tək qoymayaq. Dəvətimizi qəbul edərək matça gələcəyini təsdiqləyən hər bir azarkeşimizə oyunun bileti hədiyyə olunacaq. Bəhram Bağırzadə tərəfindən biletlərin hansı məkanda hədiyyə olunacağı barədə sizə məlumat verəcəyik".