İK əvəediciləri də unutmadı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 27-ci və 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Simurq” - AZAL matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“İnter” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.

AZAL – “Qəbələ” matçında AZAL-ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right