"Xəzər Lənkəran"ın futbolçusu hakimi təhqir etdi

U-19 Liqasının “Qəbələ” – “Xəzər Lənkəran” matçının 80-cı dəqiqəsində qonaq komandanın futbolçusu Məhəmməd Nemətov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
 
Newsport.az-ın məlumatına görə, bundan sonra futbolçu oyunun baş hakimini təhqir edib. AFFA İntizam Komitəsinin bugünkü iclasında Nemətovun hərəkəti müzakirə olunub və ona 4 oyunluq cəza verilib.
 
“İnter” – “Əlincə” matçının 82-ci dəqiqəsində “Əlincə” klubunun futbolçusu Qara Qarayev təhqiredici hərəkətə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 86-cı dəqiqəsində “Əlincə” klubunun futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right