Birinci divizion klubları cəzalandı

AFFA İntizam Komitəsinin bugünkü iclasında I divizionun son turunun oyunları da müzakirə olunub. 
 
Newsport.az-ın məlumatına görə, İK aşağıdakı qərarları qəbul edib:
 
XXII turun “Şuşa-Qarabağ” – “Mil-Muğan” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.  Oyunun 38-ci dəqiqəsində “Şuşa-Qarabağ” klubunun futbolçusu Tərlan Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
“Rəvan” – “Turan-Tovuz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
MOİK – “Kəpəz” matçında "hərbçilər"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right