"Neftçi" Müşahidə Şurasının ilk iclasının vaxtına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, toplantı bu həftə ərzində baş tutacaq. "İnter"lə oyuna qədər Şura üzvlərinin bir yerə toplaşacağı gözlənilir.
Toplantının oyun günü stadionda olacağı da istisna deyil. İclasda müəyyən strukturlar barədə müzakirələr aparılacaq, komandada dəyişikliklər barədə qərar qəbul ediləcək.
Müşahidə Şurası mayın 1-nə qədər yeni mövsüm üçün klubda işləyəcək əməkdaşların siyahısını təsdiqləməlidir.