"Zirə"nin yeni baş məşqçisi müəyyənləşib. İstefaya göndərilən Bəhram Şahquliyevin yerinə Adil Şükürov gətirilib. U-17 yığmasının keçmiş çalışdırıcısının son iş yeri "Bakı" olub. O, burda da 17 yaşlılara rəhbərlik edib.
Newsport.az-ın məlumatına görə,"Qarabağ"ın akademiyasında çalışan Ayxan Abbasov Şükürovun köməkçisi təyin olunub. Anar Abbasov isə qapıçılarla işləyəcək. Yeni məşqçi korpus bu gün komandaya təqdim olunub və ilk məşqə çıxıb. (sportinfo.az)