"Böyük oyun" öncəsi "Neftçi"də böyük problemlər

Premyer Liqanın 29-cu turu çərçivəsində Lənkəranda "Xəzər Lənkəran"ın qonağı olacaq "Neftçi" "Böyük oyun"a ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunda zədəli Deniz Silva, Ernest Nfor və Məqsəd İsayevlə yanaşı, "su çiçəyi"nə tutulan Rauf Əliyev də səfər matçına aparılmayacaq. Bundan əlavə "ağ-qaralar" "Fırtınalar meydanı"nda Karlos Kardozosuz da mübarizə aparmalı olacaq. Braziliyalı futbolçu "Simurq"la səfər matçında aldığı qırmızı vərəqəyə görə prinsipial matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu aprelin 9-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right