"Simurq" hazırlıqlara ara vermədən start verib. sözügedən komanda artıq növbəti turun çalışmalarına başlayıb.
Newsport.az-a klbun mətbuat xidmətindən verilən məlumata görə, Aprelin 9-da "Qəbələ"nin qonağı olacaq komanda sabah bir məşqlə Zaqatalada hazırlıqları tamamlayacaq və bir gün sonra səfərə çıxacaq.
Bu gün baş tutan çalışmalarda məşqçilər korpusu futbolçuları iki qrupa bölüb. "Neftçi" ilə oyunda əsas heyətdə meydana çıxan futbolçular uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra istirahətə yollanıb. Digərləri isi iki qrupa bölünərək "kvadrat" və ikitərəfli oyun keçirdib. Sonda isə qapıya zərbələr məşq edilib.
Qeyd edək ki, "Qəbələ" - "Simurq" qarşılaşması aprelin 9-da keçiriləcək və saat 19:00-da start götürəcək.