2015-ci il aprelin 20-də və 27-də Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün iki günlük seminar təşkil olunacaq.
Newsport.az-ın məlumatına görə, seminar ispaniyalı mütəxəssis Viktor Migel Fernandez tərəfindən keçiriləcək.
Seminarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Tərcümeyi-hal
Seminarda iştirak ödənişsizdir.
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər aprelin 10-dək qəbul olunur. Sənədləri qaydasında olan ilk 40 nəfər məşqçi seminarda iştirak edəcək.