"Heç nə alınmadı. Uduzmaq olar e, bələ yox da…"
Bu sözləri Newsport.az-a açıqlamasında AZAL-ın müdafiəçisi Şəhriyar Rəhimov deyib. "Qəbələ"yə evdə 0:4 hesabıyla uduzduqları matçdan danışan "Şako" sözlərinə belə davam edib:
"Bəlkə də bizdə bir az əzmkarlıq olsaydı, hesabı dəyişərdik. İlk hissədəki ard-arda qollar hesabın sonda belə olacağını göstərirdi. Bu, bizim üçün son, final matçı kimi bir şey idi. Dördüncü yer uğrunda oynayırdıq. Alınmadı, heç nəyi dəyişə bilmədik. Rəhbərlikdən, azarkeşlərimizdən, bizi sevənlərdən bu məğlubiyyətə görə üzr istəyirik"