"Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Abışov AZAL-la matçdan sonra Newsport.az-a müsahibə verib:
- Görüş haqda nə deyəcəksən?
- Bilirdik ki, çətin oyun olacaq. AZAL evdə bütün rəqiblərə çətinlik yaradırdı. Biz gözləyirdik ki, bizə də asan olmayacaq. Qarşılaşdığımız əvvəlki üç oyunda da iki dəfə qalib gəlib, bir dəfə heç-heçə etmişdilər. Biz istəyirdik ki, bu dəfəki oyunda qalib gəlib, məğlubiyyətlərin əvəzini çıxaq. Özü də iddiamız odu ki, avrokuboklara düşək. Ona görə bütün oyunlarda qalib gəlib, üçüncülüyə kimi qalxmaq istəyirik.
- Qalib mühakimə olunmur. Amma “Qəbələ”nin qələbəsində nəyin hesabına üç xal əldə etdiz?
- Erkən qol vurmağımız oyunun nəticəsinə təsir etdi. Qoldan sonra da daha rahat və sərbəst oynamağa. Ardınca gələn ikinci və üçüncü qol da oyunun nəticəsini əll etdi. Onları psixoloji cəhətdən sarsıta bildik. Oyunun hesabı ilə razılaşmışdı, AZAL.
- Düşünərdiz ki, matç böyükhesablı qələbənizlə başa çatsın?
- Yox, heç planlaşdırmırdıq heç nəyi. Amma mən deyərdim ki, hesab 4:0 yox, daha böyük ola bilərdi. Çünki qol epizodlarımızın sayı-hesabı yox idi. Təbii ki, sevindiricidi bu qədər qol epizodu yaratmağımız. Amma imkanlardan istifadə etsəydik, daha yaxşı olardı. Əsas üç xal idi, onu da qazandıq.
- Tarixində 5 ardıcıl qələbə olmamışdı. Siz bunu əldə etdiz. Demək olar ki, “Qəbələ” artıq öz oyun üslubunu tapıb v relsə düşüb?
- Məncə, hələ də istənilən səviyyədə deyil. Buna baxmayaraq hər şey daha yaxşı olacaq. Biz bu seriyaya heç fikir dəə vermirik. Bütün oyunlara köklənirik ki, qələbə qazanaq. Məqsədimiz hamıya aydındı. Oyunlara da maksimum motivasiya ilə hazırlaşırıq ki, qələbə qazanaq.
Mərdan Həsənov