"Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 28-ci turunda "Neftçi"yə qarşı (0:1) matçdan sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, uduzduqları oyun haqda bunları deyib:
“Oyun barədə nə demək olar? Məğlubiyyətə görə məyusam. Bu gün iki fərqli hissə izlədik. İlk hissədə üstün idik, ikinci hissədə isə zəif təsir bağışladıq. Rəqib adi bir qol vəziyyətindən yararlandı və qələbə qazandı”. (pfl.az)