“Düşünürdüm ki, “Simurq”a məğlubiyyətdən sonra evdə “Qəbələ”ni məğlub edəcəyik. Amma oyunun ilk dəqiqələrindən hiss etdim ki, futbolçular mənim istədiyim kimi oynaya bilmir. Rəqib isə yüksək səviyyədə çıxış etdi".
Newsport.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turunda "Qəbələ"yə 0:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, rəqibi layiqli qələbə münasibəti ilə təbrik edib:
“Qəbələ” daha çox qol vura bilərdi. Futbolda qələbə də var, məğlubiyyət də var. Mən futbolçuları günahkar hesab etmirəm. Sadəcə, oyunumuz alınmadı. Bunu analiz edib, nəticə çıxarmalıyıq.yenə deyirəm koman da bir günahkar var o,da mənəm”.