Topaz Premyer Liqasının XXVIII turunda “Qəbələ” səfərdə AZAL-ı 4-0 hesabı ilə üstələdi.
Newsport.az-ın məlumatına görə,"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyun sonrası mətbuat konfransında bunları deuib: “Yaxşı nəticə qazandıq. Daha yaxşı futbol sərgiləyə bilərdik. Nəzərə alsaq ki, meydança yaxşı vəziyyətdə deyildi, bu mənada oyunçulara güzəşt edə bilərəm. Növbəti oyunlara hazırlaşmalıyıq”.